MƏDƏNİYYƏT


Brüsseldə “Evə aparan beş yol” adlı sərgi açılacaq

Bakı, 9 yanvar, AZƏRTAC

Fevralın 23-dən 28-dək Brüsseldə “The Art Thema Gallery”də “Evə aparan beş yol” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Avropa Azərbaycan Cəmiyyətinin saytında yer alıb.

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunacaq sərgidə tanınmış fotoqraf Filip Ratmerin Azərbaycanda lentə aldığı məcburi köçkünlərin fotoşəkilləri nümayiş etdiriləcək.

Filip Ratmer əsas diqqəti insanların təsirli hekayətlərinə cəlb etmək məqsədilə bütün şəkilləri qara arxa fonda çəkib.

Sərgiyə qapalı baxış fevralın 22-də olacaq. Bu barədə əlavə məlumat üçün [email protected]  elektron ünvanı ilə əlaqə saxlamaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.