MƏDƏNİYYƏT


Brüsseldə "Mənim Azərbaycanım" adlı fotosərgi açılıb

A+ A

Brüssel, 25 oktyabr AZƏRTAC.

Brüsseldə Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil edilən tədbirlər çərçivəsində fotoqraf Orxan Aslanovun fotoşəkillərindən ibarət "Mənim Azərbaycanım" adlı sərgi açılıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov Azərbaycanın müstəqilliyini bərpa etdiyi 25 il ərzində keçdiyi sürətli inkişaf yolundan bəhs edib. O, ölkəmizin bu gün beynəlxalq müstəvidə güclü mövqeyi ilə seçilən etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb. Səfir, həmçinin sərginin avropalı dostlarımıza Azərbaycanın insanları və gözəl təbiəti ilə yaxından tanışlığa imkan yaratdığını bildirib.

Orxan Aslanov isə "Mənim Azərbaycanım" layihəsinin ikiillik fəaliyyətinin nəticəsi olduğunu bildirərək sərgidə nümayiş etdirilən əsrarəngiz mənzərələrin doğma yurdumuzun gözəlliklərinin yalnız bir hissəsi olduğunu diqqətə çatdırıb.

Sərgidə nümayiş etdirilən fotoşəkillər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.