DÜNYA


Brüsseldə britaniyalılar arasında “Brexit”lə bağlı məyusluq hökm sürür

A+ A

London, 8 avqust, AZƏRTAC 

Brüsseldə Birləşmiş Krallığın Avropa İttifaqındakı daimi nümayəndəliyinin əməkdaşları arasında məyusluq hökm sürür.

2015-ci ildə Britaniya Xarici İşlər Nazirliyindən ölkənin 2017-ci ildə Avropa İttifaqına sədrliyi ilə əlaqədar 40-a yaxın əməkdaş Brüsselə ezam edilmişdi. “Brexit”dən sonra onların 1 illik əməkləri nəticəsiz qalıb. Hazırda Brüsseldə Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı yeni departament - DExEU yaradılıb. Məlumatlarda daimi nümayəndəliyin əməkdaşlarını həmin departamentə yönləndirməyin çox çətin və məyusluq doğuran məsələ olduğu bildirilir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.