DÜNYA


Brüsseldə terror aktının icraçısının şəxsiyyəti müəyyənləşdirilib

Bakı, 21 iyun, AZƏRTAC

Müstəntiqlər dünən axşam Brüsselin mərkəzi vağzalında törədilən terror aktının icraçısının şəxsiyyətini müəyyənləşdiriblər. Bu barədə Belçikanın daxili işlər naziri Yan Yambon VTM telekanalının efirində məlumat verib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, nazirin dediyinə görə, öldürülən terrorçu böyük gücə malik partlayış törətməyi planlaşdırıb. Lakin partlayış nəzərdə tutulduğundan zəif alınıb. Hərbçilərin operativ müdaxiləsi ciddi nəticələri ola biləcək terror aktının qarşısını alıb. Terror hücumunun gedişində xəsarət alan olmayıb.

Nazir terrorçunun adını açıqlamayıb və digər təfərrüatlar barədə məlumat verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.