MƏDƏNİYYƏT
Bu İsmayil, o İsmayıl deyil
Bakı, 28 iyul, AZƏRTAC
Bu İsmayil, o İsmayıl deyil. “Nazlı”nın İsmayılı tamamilə başqadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri quruluşçu Rejissor Rəhman Rafiqoğlu “Nazlı” tammetrajlı bədii filmdə baş qəhrəmanlardan biri olan “İsmayıl” rolunu canlandıran Ülvi Həsənli barəsində deyib.
Rejissor qeyd edib ki, Ülvi Həsənli “Nazlı” filminə başqa bir qəhrəmanı canladırmaq üçün dəvət edilib, lakin Ülvinin, filmin baş qəhrəmanı olan İsmayıl roluna daha yaxın olduğunu gördükdən sonra qərar dəyişilib və o rol ona verilib: "Aktyorun xarici görünüşündə ciddi dəyişiklər etdik. İnanıram ki, Ülvini tanıyan tamaşaçılar üçün onun bu filmdəki, yeni imici xoş sürpriz olacaq. Onu da deyim ki, Ülvinin çox gözəl səsi var, bu da filmdə vacib amillərdən biridir".
Ü.Həsənli Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Bununla bərabər o, “Cavanlıq”, “Üç bacı”, “Sənə İnanıram”, “Səni ürəyim sevdi”, “Həyat sən nə qəribəsən” “Dəfnə ağacı” kimi seriallarda baş və ikinci dərəcəli rolları ilə tamaşaçıların sevgisini qazanıb. Hazırda yerli kanalların birində göstərilən “Gəzməyə dəyər” verilişinin aparıcısıdır.
Rejissorun sözlərinə görə “Nazlı” romantik komediyasının çəkilişləri artıq yekunlaşmaq üzrədir.