MƏDƏNİYYƏT


Bu dəfə “Retro Bakı” layihəsində maraqlı musiqi proqramı və rəngarəng rəqslər gözlənilir

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 13-14-də saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

İdarədən AZƏRTAC-a bildirilib ki, Bakı sakinlərini və qonaqlarını maraqlı musiqi proqramı və rəngarəng rəqslər gözləyir. Belə ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Yaqut Babayeva və rəqqasə Fatimə Fətəliyeva olacaq. Həmçinin konsertdə gənc müğənnilər Aygün Ağayeva, Mütəllim Mütəllimov, Ülkər Şahbazova, Mehman Tağıyev, Rüfət Xəlil, “İstedad” instrumental ansamblı və “Azad” rəqs qrupu iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.