QAN YADDAŞI
Bu faciədən bütün dünya ibrət dərsi almalıdır
Biləsuvar, 26 fevral, Mahir Babayev, AZƏRTAC
Xocalı faciəsinin 25-ci ildönümü Biləsuvardakı Heydər Əliyev mərkəzində ümumrayon tədbiri ilə anılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərkəzin foyesində faciədən bəhs edən əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Xocalı soyqırımı, Ermənistanın xalqımıza qarşı yeritdiyi işğalçılıq siyasəti, zaman-zaman törətdiyi qanlı terror aktları barədə məlumat verib. Bildirilib ki, terror Ermənistanın dövlət siyasətinə çevrilib və Xocalı qətliamı da onun acı nəticələrindən biridir. Xocalı faciəsi qan yaddaşımızdır və bu faciədən bütün dünya ibrət dərsi almalıdır.
Sonra Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya və fləşmob təqdim edilib.