QAN YADDAŞI
Bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaqlar
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsi Azərbaycan xalqının heç zaman unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Bu gün ölkə başçısının yürütdüyü siyasət nəticəsində Xocalı soyqırımının tanınması ilə bağlı təqdirəlayiq nəticələr əldə olunub. Bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar.
Bu sözləri AZƏRTAC-a soyqırımı abidəsini ziyarət etməyə gələn Cəbrayıl rayonundan məcburi köçkün Yaqub Bayramov deyib.
“Bu faciədə xalqımızın başına gələn bütün hadisələr göz qabağındadır. Ermənilər tarix boyu azərbaycanlılara qarşı düşmən mövqedə olublar. İnanıram ki, Xocalı faciəsinə bütün dünyada ədalətli qiymət veriləcək. Tezliklə bütün torpaqlarınız erməni işğalından azad olunacaq”,- deyə Y.Bayramov bildirib.