İDMAN


Bu gün “Avro-2016”nın sonuncu yarımfinalçısı müəyyənləşəcək

A+ A

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də futbol üzrə XV Avropa çempionatının dörddəbir final mərhələsinin sonuncu qarşılaşması keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Sen-Denidəki “Stad de Frans” stadionunda ev sahibi Fransa yığması səkkizdəbir finalda İngiltərəni məğlub edərək böyük sensasiyaya səbəb olan İslandiya millisi ilə üz-üzə gələcək.

Oyunu hollandiyalı referi Byörn Kuipers idarə edəcək.

Hər iki komanda cari çempionatda məğlubiyyət üzü görməyib. Fransa dörd oyundan üçündə, İslandiya isə ikisində qələbə qazanıb. Bu komandalar arasında keçirilən matçlarda üstünlük böyük fərqlə fransızların xeyrinədir. Belə ki, komandalar indiyədək 11 dəfə qarşılaşıb. Səkkiz oyunda fransızlar qələbə qazanıblar. Üç görüşdə isə qalib müəyyənləşməyib. Fransızlar bu görüşlərdə islandiyalıların qapısından 30 top keçiriblər. İslandiya futbolçuları isə Fransa yığmasının qapısına 8 dəfə yol tapa biliblər.

Bu oyunda qələbə qazanacaq komanda yarımfinalda Almaniya yığması ilə üz-üzə gələcək. Həmin yarımfinal qarşılaşması iyulun 7-də Marseldəki “Velodrom” stadionunda keçiriləcək.

İyulun 6-da Lion şəhər stadionunda keçiriləcək birinci yarımfinal oyununda isə Portuqaliya və Uels yığma komandaları finala vəsiqə uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.