ELM VƏ TEXNOLOGİYA


Bu gün Ay son 68 ildə Yerə ən yaxın məsafədə olacaq

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC 

Noyabrın 14-də Ay Yerə ən yaxın məsafədə olacaq.

Azərbaycan Mili Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktorunun müavini Xıdır Mikayılov AZƏRTAC-a bildirib ki, buna oxşar məsafə 1948-ci ildə qeydə alınıb. O zaman Ayla Yer arasında 356 min 465 kilometr məsafə olub. Ona görə də bu hadisə son 68 ilin ən böyük yaxınlaşması hesab edilir. Bu gün Ay həmişə olduğundan təxminən 14 faiz daha böyük görünəcək. “Super Ay” bu gün saat 15:24-də Yerə ən yaxın məsafədə olacaq. Amma onu həmin saatda yox, gün batanda görmək mümkün olacaq.

Qeyd edək ki, buna oxşar hadisə bir də 2034–cü ildə baş verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.