CƏMİYYƏT


Bu gün Azərbaycan gəncləri böyük nailiyyətlərə imza atırlar

Bakı, 2 fevral, AZƏRTAC

Suraxanı rayonunda Gənclər Günü ilə əlaqədar gənclərlə görüş keçirilib.

Əvvəlcə görüş iştirakçıları Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Sonra gənclər Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Mərkəzi ziyarətə gələnlər xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar.

Gənclərlə “Atəşgah” restoranında davam etdirilən görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində ulu öndər Heydər Əliyevin tövsiyələri dayanır. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atır, cəmiyyətdə mühüm rol oynayırlar.

Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, gənclərimiz müstəqil Azərbaycan naminə, Vətənin inkişafı üçün səylə çalışmalı, dövlətimizin başçısının etimadını doğrultmalıdırlar. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Əli Pənahov çıxış edərək vurğulayıb ki, ölkəmizdə gənclərlə iş sahəsində atılan addımlar Azərbaycan gəncliyinin inkişafına təkan verib.

Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.