İDMAN
Bu gün Azərbaycan klublarının Avropa Liqasındakı ilk rəqibləri müəyyənləşəcək
Bakı, 19 iyun, AZƏRTAC
Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil qərargahında futbol üzrə Avropa Liqasının 2017/2018-ci il mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək mərasimdə Azərbaycanın üç klubu - “Zirə”, “İnter” və “Qəbələ”nin rəqibləri müəyyənləşəcək.
Mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək “İnter” və “Zirə” səpələnmişlər sırasında qərarlaşıblar və nisbətən zəif rəqiblərlə qarşılaşacaqlar.
Azərbaycan Premyer Liqasının gümüş medalçısı “Qəbələ” isə ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridir. Güclülərin arasında olan “Qəbələ” nisbətən zəif rəqiblə görüşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]