İDMAN


Bu gün Azərbaycan millisi Şimali İrlandiya yığmasını qəbul edəcək

Bakı, 10 iyun, AZƏRTAC

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan və Şimali İrlandiya milli komandaları qarşılaşacaqlar.

AZƏRTAC xəbər verir ki, oyunu ispaniyalı baş hakim Xavier Estrada idarə edəcək. Ona

həmyerliləri Muguel Martinez və Teodoro Sobrino kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alexandri Hernandez yerinə yetirəcək.

Azərbaycan-Şimali İrlandiya oyunu saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Millimizin yer aldığı “C” qrupunda Almaniya 15 xalla vahid lideridir. Azərbaycan millisi 7 xalla dördüncü pillədə qərarlaşıb. Şimali İrlandiya 10 xalla ikinci Çexiya 8 xalla ucuncu, Norveç 3 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.