İDMAN


Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqasında debüt edəcək

Bakı, 29 iyun, AZƏRTAC

Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqasında debüt edəcək.

AZƏRTAC xəbər verir ki, turnirin birinci təsnifat mərhələsində mübarizə aparacaq “Zirə” Lüksemburqun “Differdange” komandasını qəbul edəcək.

Matçı qazaxıstanlı hakim Daniyar Saxi idarə edəcək. Ona həmyerliləri Yuriy Tixonyuk və Alibek Aubakirov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marat İskakov yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi türkiyəli Cem Cenk, hakim-inspektoru isə İqor Satki (Moldova) olacaq.

“Zirə”- “Differdange” oyunu saat 21:00-da “Dalğa Arena”da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.