CƏMİYYƏT


Bu gün Beynəlxalq “Dünya həkimləri sülh naminə” günüdür

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 6-da Beynəlxalq “Dünya həkimləri sülh naminə” günü qeyd edilir. Bu barədə təklif “Dünya həkimləri nüvə təhlükəsinin qarşısının alınması uğrunda” təşkilatı tərəfindən irəli sürülüb. Həmin tarix 1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima şəhərinin bombalanmasının ildönümü günündə qeyd edilir.

Müəyyən mənada rəmzi məna daşıyan bu tarixi gün bəşəriyyətin üzləşdiyi dəhşətli faciəni, sülh uğrunda mübarizədə və müharibənin qarşısının alınmasında həkimlərin rolunu bir daha xatırladır. Təşkilat həmin günü özünün adi iş günü kimi qeyd edir.

“Dünya həkimləri nüvə təhlükəsinin qarşısının alınması uğrunda” təşkilatı 1980-ci ildə Fransada “Sərhədsiz həkimlər” adlı digər məşhur beynəlxalq təşkilatdan ayrılaraq yaranıb. O vaxtdan dünyanın onlarca ölkəsində təşkilatın iri bölmələri yaradılıb. Sıralarında 200 mindən çox həkimi birləşdirən bu hərəkatın tərəfdarlarının sayı artmaqda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.