CƏMİYYƏT


Bu gün Beynəlxalq Oftalmoloqlar Günüdür

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Bütün dünyada 2004-cü ildən etibarən avqustun 8-i Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu gündə diqqət oftalmologiyanın problemlərinə, əhali arasında görmə problemlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir.

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir. Respublika Diaqnostika Mərkəzinin oftalmologiya şöbəsi peşəkar idarəetmə və yüksək ixtisaslı tibb personalı ilə müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə pasiyentlərə ən yüksək səviyyədə tibbi xidmət göstərir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, uzunmüddətli daxili təlimdən keçən, beynəlxalq təhsilə və böyük iş təcrübəsinə malik olan tibbi heyət öz işində yüksək keyfiyyətli tibbi yardımı layiqli xidmət səviyyəsi ilə uyğunlaşdırmağa hazırdır. Peşəkar həkim-oftalmoloqlar ən müasir avadanlıqların köməyi ilə görmənin vəziyyətini qiymətləndirir, göz xəstəliklərinin diaqnostikasını aparır, görmə orqanının xüsusiyyətlərini araşdırdıqdan sonra görməni saxlamağa kömək edən müalicə təyin edirlər. Mərkəzdə, həmçinin kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.