CƏMİYYƏT


Bu gün Beynəlxalq Qara Dəniz Günüdür

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Beynəlxalq Qara Dəniz Günü 1996-cı ildə altı Qara dəniz ölkəsi – Bolqarıstan, Rumıniya, Türkiyə, Gürcüstan, Rusiya və Ukrayna tərəfindən bu dənizin bərpasına və mühafizəsinə dair Strateji planın imzalandığı günün şərəfinə hər il oktyabrın 31-də qeyd olunur. Qara dəniz mühitinin hərtərəfli tədqiqi göstərib ki, bu dənizin həyat qabiliyyəti əvvəlki otuz illə müqayisədə xeyli pisləşib. Günün təsis edilməsi dünya birliyinin diqqətini kvotadan artıq balıq ovlanmasının, suyun çirklənməsinin və qlobal istiləşmənin dənizə bərpa edilə bilməyən ziyan vurduğuna cəlb etmək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, həmin gün iştirakçı ölkələrdə Qara dənizin problemlərinə və onun unikal ekoloji sisteminin qorunub saxlanmasına həsr olunmuş tədbirlər – konfranslar, “dəyirmi masa”lar, sərgilər, müxtəlif videonümayişlər, müsabiqələr, viktorinalar keçirilir.

Qeyd edək ki, Qara dənizin ən dərin yeri 2210 metr, orta dərinliyi 1240 metrdir. Dunay, Dnepr, Dnestr kimi iri çaylar axıb Qara dənizə tökülür. Dənizin bitki aləminə 270 növ çoxhüceyrəli yaşıl, qonur, qırmızı yosun daxildir. Fitoplankton azı 600 növü əhatə edir. Burada 2500-dən çox dəniz heyvanı növü məskunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.