İDMAN


Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 18 ölkənin çempionu növbəti mərhələyə 9 vəsiqənin sahibini müəyyənləşdirəcək.

İlk qarşılaşmada böyük hesablı qələbə qazanan “Kopenhagen”, həmçinin inamlı üstünlük əldə edən Tbilisi “Dinamo”su, BATE və “Ludoqorets” ümumi hesabda üstünlüyünü əldən verməməyə çalışacaq.

Moldova və Latviyada meydan sahibləri minimal fərqli yenilginin əvəzini çıxmağa çalışsa da, Serbiya çempionu səfər qələbəsinin təsadüf olmadığını göstərməlidir. Günün iki görüşündə isə ötən həftə qalibi müəyyənləşdirə bilməyən komandalar üz-üzə gələcəklər.

Bu gün “Şerif” (Moldova) - “Hapoel” (Beyer-Şeva, İsrail, ilk oyun – 2:3), “Alaşkert” (Ermənistan) - “Dinamo” (Tiflis, Gürcüstan - 0:2), “Liepaya” (Latviya) - “Zalsburq” (Avstriya - 0:1), APOEL (Kipr) - TNS (Uels - 0:0), SJK (Finlandiya) - BATE (Belarus - 0:2), “Kopenhagen” (Danimarka) - “Kruzaders” (Şimali İrlandiya - 3:0), “Srvena Zvezda” (Serbiya) - “Valletta” (Malta - 2:1), Legiya” (Polşa) - “Zrinski” (Bosniya və Herseqovina - 1:1), “Mladost” (Monteneqro) - “Ludoqorets” (Bolqarıstan - 0:2) görüşləri oynanılacaq.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Lüksemburqun “Düdelanj” komandası ilə sabah görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.