İDMAN


Bu gün IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında finalçılar müəyyənləşəcək

Bakı, 17 may, AZƏRTAC

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında finalçılar müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, Oyunların yarımfinal mərhələsi çərçivəsində Azərbaycanın 7 boksçusu rinqə çıxacaq.

Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyevin rəqibi özbəkistanlı Abdulxay Şaraxmatov olacaq. Cavid Çələbiyev (60 kq) finala gedən yolda qazaxıstanlı Sultan Zaurbəylə qarşılaşacaq. Ölkəmizi 69 kiloqram çəki dərəcəsində təmsil edən Tamerlan Abdullayev də qazaxıstanlı idmançı ilə üz-üzə gələcək. O, İlya Oçkini məğlub etməlidir. Olimpiya mükafatçımız Kamran Şahsuvarlının (75 kq) final yolundakı son rəqibi Yuness Qarrumi (Mərakeş) olacaq. Turnirdə 81 kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Rauf Rəhimov növbəti döyüşünü misirli Abdelrəhman Abdelqəvvədə qarşı keçirəcək. Teymur Məmmədov (91 kq) isə suriyalı Eldin Qoussun ilə üz-üzə gələcək. Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) finala gedən yolda Hüsseyn İaşaişi (İordaniya) sınağa çəkəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.