DÜNYA


Bu gün İranda sükut günüdür

Tehran, 18 may, AZƏRTC

Mayın 19-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar İranda aparılan təbliğat-təşviqat kampaniyası bu gün başa çatıb. Bu gün İranda sükut günüdür. Sabah isə xalq öz seçimini edərək növbəti 4 il üçün İranın prezidentini seçəcək.

Kifayət qədər demokratik, sabit və bir qədər də gərgin keçən təbliğat-təşviqat kampaniyası zamanı prezidentliyə iddialı olanların bəziləri öz namizədliklərini geri götürdülər. Nəticədə siyasi mübarizəni 3 nəfər namizəd davam etdirməli oldu. Bunlar indiki prezident və namizəd Həsən Ruhani, İbrahim Rəisi və Mustafa Mirsəlimdir.

Yerli mətbuat əsas mübarizənin H.Ruhani ilə İ.Rəisi arasında olacağını bildirir.

Sabah saat 8:00-dan başlayaraq İran xalqı 64 min seçki məntəqəsində ölkənin yeni prezidentini seçəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.