İDMAN


Bu gün “Kəpəz” futbol klubu Avropa Liqasında növbəti oyununu keçirəcək

Bakı, 20 iyul, AZƏRTAC

Bu gün futbol üzrə Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində Gəncənin “Kəpəz” klubu cavab oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da Avstriyanın “Admira” komandasını qəbul edəcək “Kəpəz”in görüşünü rusiyalı baş hakim Vitali Meşkov idarə edəcək. Ona həmyerliləri Valeri Dançenko və Maksim Qavrilin kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını Mixail Vilkov yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Sergey İlyiç (Belarus), hakim-inspektoru isə Murat İlqaz (Türkiyə) olacaq.

Görüş saat 20:00-da start götürəcək.

Komandalar arasında bir həftə əvvəl Avstriyada keçirilən oyunda “Kəpəz” komandası 0:1 hesabı ilə uduzmuşdu. “Kəpəz”-“Admira” cütünün qalibi növbəti mərhələdə Çexiyanın “Slovan” (Liberets) komandası ilə üz-üzə gələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.