İDMAN


Bu gün Konfederasiyalar Kubokunun ikinci turuna yekun vurulacaq

Bakı, 22 iyun AZƏRTAC

Bu gün Konfederasiyalar Kubokunun ikinci turunun B qrupunda iki qarşılaşma oynanılacaq.

AZƏRTAC xəbər verir ki, günün oyunlarında ötən turun qalibləri və məğlubları bir-birilərinə rəqib olacaqlar. Almaniyaya məğlub olan Avstraliya Kamerun yığması ilə qarşılaşacaq. Bu matçda məğlub olan komanda böyük ehtimalla Konfederasiyalar Kuboku ilə erkən vidalaşacaq.

Qaliblərin qarşılaşmasında isə Almaniya Çili ilə üz-üzə gələcək. Böyük həyəcan və gərginlik vəd edən matçın nəticəsi qrup liderinin müəyyənləşməsində də mühüm rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.