İDMAN


Bu gün “Qarabağ” komandası Çexiyada “Viktoriya”nın qonağı olacaq VİDEO

Bakı, 26 iyul, AZƏRTAC 

Bu gün Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasının qonağı olacaq.

AZƏRTAC xəbər verir ki, Plzen şəhərindəki “Dusan Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi makedoniyalı Aleksandar Stavrev olacaq. Ona həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Dördüncü hakimi funksiyasını Dimitar Mekarovski yerinə yetirəcək.

Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi rumıniyalı İonel Piskanu olacaq.

Qeyd edək ki, “Viktoriya”-“Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.