İDMAN


Bu gün “Qəbələ” Lill klubu ilə Avropa Liqasında cavab görüşünü keçirəcək

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinə yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz “Qəbələ” klubu da cavab oyununa çıxacaq. Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu “Lill” ilə qarşılaşacaq. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdikləri 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxacaqlar. Mərhələni keçmək üçün təmsilçimizə qolsuz bərabərlik də yetərli olacaq.

“Qəbələ” bunu bacardığı təqdirdə, ardıcıl üçüncü il qitə turnirinin pley-off mərhələsində ölkəmiz iki komanda ilə təmsil olunacaq.

Çempionlar Liqasında çıxışını dayandırıb, mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ”a qoşulacağı halda, R.Qriqorçukun komandası ötənilki uğuruna yaxınlaşacaq. Həmin vaxt dörd mərhələ adlayıb, qrupa vəsiqə qazanan “Qəbələ” təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb.

Qeyd edək ki, 8-ci km stadionunda oynanılacaq matç saat 21:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.