DÜNYA


Bu gün Türkiyədə Ali Hərbi Şuranın iclası keçiriləcək

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Bu gün Türkiyədə Ali Hərbi Şuranın iclası keçiriləcək. İclasda bir sıra mühüm qərarların qəbul edilməsi gözlənilir.

Şuranın iclası ilk dəfə olaraq Nazirlər Kabinetində keçiriləcək. Baş nazir Binəli Yıldırımın sədrlik edəcəyi iclasda dövlət çevrilişinə cəhd, Silahlı Qüvvələrə yeni təyinatlar, güc strukturlarında islahatlar və digər məsələlər müzakirə ediləcək. Qəbul olunacaq qərarlar təsdiq üçün dövlət başçısına təqdim ediləcək. Əvvəlki illərdən fərqli olaraq, Şuranın iclası 3 gün deyil, 1 gün ərzində başa çatacaq.

Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsddə iştirak edən hərbçilərin axtarışı məqsədilə Marmarisdə əməliyyatlar davam edir. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsi isə dövlət çevrilişinə cəhddə iştirak edən hərbçilərin sayını açıqlayıb. Son hadisələrə 8 min 651 hərbçi, Türkiyə Silahlı Qüvvələrinə aid 35 təyyarə, 37 helikopter, 74 tank və 3 gəminin cəlb olunduğu bildirilir.

Baş verənlərlə əlaqədar həbslər davam edir. Ankara Prokurorluğu tərəfindən aparılan istintaq əməliyyatı çərçivəsində daha 241 hərbçi həbs edilib. Aparılan əməliyyatlar çərçivəsində ümumilikdə 15 min 846 nəfər saxlanılıb. Həbs edilənlərin sayı isə 8 min 113-dür. 1684 nəfər Silahlı Qüvvələrin sıralarından xaric edilib. 58 nəfər isə ölkədən qaçmağa çalışarkən yaxalanıb. Dövlət çevrilişi cəhdindən sonra 51 min 332 nəfər vəzifəsindən kənarlaşdırılıb. Fövqəladə vəziyyətin elan edilməsi haqqında qərara əsasən, 3 xəbər agentliyi, 16 televiziya, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat və yayım evi bağlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.