İDMAN


Bu gün UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılacaq

Bakı, 15 iyul, AZƏRTAC 

Bu gün UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycanı Avropa Liqasında təmsil edən hər üç klub – “Qəbələ”, “Neftçi” və “Kəpəz” səpələnməmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, klublarımız ilk iki təsnifat mərhələsi ilə müqayisədə daha güclü komandalara rəqib olacaq. Bunun üçün klublarımız ikinci təsnifat mərhələsini qalib başa vurmalıdır. Klublarımızın bütün potensial rəqibləri bunlardır:

Üçüncü qrup - “Qəbələ”nin potensial rəqibləri – “Lill” (Fransa), “Panatinaikos” (Yunanıstan), “Maribor” (Sloveniya) – “Levski” (Bolqarıstan), “Austriya” (Avstriya) – “Kukesi” (Albaniya), “Nomme Kalyu” (Estoniya)– “Makkabi” (Hayfa), “Hayduk” (Xorvatiya) – “İaşi” (Rumıniya) cütlərinin qalibləri,

Dördüncü qrup – “Neftçi”nin potensial rəqibləri – “Genk” (Belçika) – “Buduçnost” (Çernoqoriya) cütünün qalibi, “Rapid” (Avstriya), “Herta” (Almaniya), “Rieka” (Xorvatiya), “Aruça” (Portuqaliya), “Mlada Boleslav” (Çexiya),

Beşinci qrup – “Kəpəz”in potensial rəqibləri – “Gent” (Belçika), “Slovan” (Çexiya), “Vest Hem” (İngiltərə), “Apollon” (Kipr), “Mitdyulland” (Danimarka) – “Vaduts” (Lixtenşteyn), HJK (Finlandiya) – “Beroe” (Bolqarıstan) cütlərinin qalibləri.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları iyulun 28-də və avqustun 4-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.