İDMAN


Bu gün UEFA Çempionlar Liqasında II turun oyunları keçiriləcək

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC 

Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə səkkiz oyun keçiriləcək.

“F” qrupunun mərkəzi görüşündə ilk turdan sonra hərəyə üç xala sahib olan Dortmund “Borussiya”sı İspaniyanın “Real Madrid” klubu ilə qarşılaşacaq. Qalib komanda altı xalla qrupunun lideri olacaq. Qrupun digər oyununda isə Portuqaliyanın “Sportinq” klubu Polşa “Legiya”sını qəbul edəcək.

“E” qrupunda Rusiya MOİK-i İngiltərənin “Tottenhem” klubu ilə qarşılaşacaq. Paralel matçda qrup lideri Fransanın “Monako” klubu bir xalı olan Almaniyanın “Bayer” komandası ilə üz-üzə gələcək.

“H” qrupunda “Sevilya” “Lion”u qəbul edəcəyi halda, ”Yuventus” Zaqrebdə “Dinamo”nun qonağı olacaq.

“G” qrupunda son İngiltərə çempionu “Lester” isə “Porto” ilə münasibətlərə aydınlıq gətirəcək. Eyni qrupda həm də “Kopenhagen” (Danimarka) və “Brügge” (Belçika) komandaları görüşəcək.

Turun qalan matçları isə sabah oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.