İDMAN


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna start veriləcək VİDEO

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, turun ilk günündə “E”, “F”, “G” və “H” qruplarında mübarizə aparan komandalar meydana çıxacaq.

“E” qrupunda Rusiyanın CSKA klubu Fransanın “Monako” komandasını qəbul edəcək. Qrupun digər oyununda Almaniyanın “Bayer Leverkuzen” komandası ilə İngiltərənin “Tottenhem” klubu qarşılaşacaq.

“F” qrupunda Portuqaliyanın “Sportinq” klubu “Borussiya Dortmund”, “Real Madrid” isə Polşanın “Legia” komandası ilə üz-üzə gələcək.

“G” qrupunda “Brügge” (Belçika) – “Portu” (Portuqaliya) və “Lester” (İngiltərə) – “Kopenhagen” (Danimarka) oyunları keçiriləcək.

“H” qrupunda isə Xorvatiyanın “Dinamo Zaqreb” klubu “Sevilya”nı qəbul edəcək. Digər oyunda isə “Olimpik Lion” komandası doğma meydanda “Yuventus” ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun digər oyunları oktyabrın 19-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.