CƏMİYYƏT


Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Qorunması Günüdür

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-sı Ümumdünya Yaşayış Məskənlərinin Qorunması Günüdür. Bu beynəlxalq bayram 1979-cu ildə Berndə vəhşi fauna və floranın, təbii yaşayış məskənlərinin qorunması Konvensiyası çərçivəsində təsis olunub. Sənəd Azərbaycan Respublikası tərəfindən 1999-cu il noyabrın 28-də ratifikasiya edilib. Bu günün beynəlxalq səviyyədə qeyd olunmasında əsas məqsəd bəşəriyyətin diqqətini Yer kürəsi sakinlərinin yaşayış məskənləri mühitinin qorunması probleminə cəlb etməkdir.

Artıq uzun müddətdir ki, insan öz fəaliyyəti ilə təbiətə təsir edir və onu dəyişdirir. Hər il dünyada daha çox ərazi kənd təsərrüfatı sahələrinə, otlaqlara çevrilir, şəhərlərdə dəyişikliklər baş verir, zavodlar və digər obyektlər tikilir. Artıq Yer kürəsində 150 növ məməli (əsasən iri növlər) və 139 növ quş yox olub.

İnsan çox şey öyrənib: kosmosa çıxmağı, Aya uçmağı, lakin onlar heç vaxt məhv olan heyvanlar aləmini yenidən yarada bilməzlər. Bu aləmdə itən hər şey həmişəlik itir.

Yaşayış məskənlərinin qorunmasının bir forması da xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasıdır. Hazırda Azərbaycanda ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən milli parklar 3,7 faizini təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.