DÜNYA


Bu gün Vladimir Putinin Macarıstana səfəri başlayır

A+ A

Budapeşt, 2 fevral, AZƏRTAC

Bu gün Budapeştdə Rusiya Prezidenti Vladimir Putinin və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü olacaq. Gözlənilir ki, onlar bir sıra məsələləri, o cümlədən energetika sahəsində əməkdaşlıq məsələsini müzakirə edəcəklər. Başlıca olaraq söhbət “Qazprom”la mövcud müqavilənin başa çatacağı 2021-ci ildən sonra Rusiyadan Macarıstana qaz nəqlindən və “Pakş” atom elektrik stansiyasında iki yeni enerji blokunun birgə tikintisindən gedəcək.

Macarıstan Rusiya qazını uzunmüddətli müqavilələr əsasında alır. Bunlardan biri 20 ildən çox əvvəl imzalanıb. Hazırda dörd müqavilə qüvvədədir: bunlardan ikisinin müddəti 2019-cu, digər ikisinin müddəti isə 2021-ci ildə başa çatacaq.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.