SİYASƏT


Bu gün bütün sahələrdə əldə edilən uğurların qayəsində  Ulu Öndərin ideyaları dayanır

Bakı, 15 iyul, AZƏRTAC 

Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a icra hakimiyyətindən məlumat verilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirli, YAP Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin əhəmiyyətindən danışıb. Bildirib ki, Ümummilli Lider Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkəmizin gələcək inkişafının fundamental strateji istiqamətlərini müəyyənləşdirib. Bütün dövrlərdə gücünü, dərin zəkasını xalqının yolunda sərf edən Heydər Əliyev bütün daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.

Milli Məclisin deputatı Elman Nəsirli Ulu Öndərin təkcə dövlət quruculuğu sahəsində deyil, milli şüurun dirçəlməsində də xalqa liderlik etdiyini vurğulayıb. O bildirib ki, 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün əsl mənasında Günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikliklə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Vətəninə hədsiz məhəbbəti, təmənnasız xidməti Ulu Öndərə hər kəsin qəlbində əbədi məhəbbət qazandırıb. Ölkə rəhbəri İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara sövq edəcək.

Sonra YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bütün varlığı ilə elinə-obasına bağlı olan müdrik rəhbər Vətənini, xalqını firavan, xoşbəxt görmək arzusu ilə yaşayıb, mübarizə aparıb, hətta həyatını belə qurban verməkdən çəkinməyib.

Tədbirdə digər çıxış edənlər də Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.