İDMAN


Bu gün futbol üzrə Avropa çempionatının final matçı oynanılacaq

A+ A

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da futbol üzrə Avropa çempionatının final matçı oynanılacaq.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 23-də başlayacaq final matçı meydan sahibi Fransa ilə Portuqaliya millisi arasında Parisin “Stad de Frans” stadionunda keçiriləcək. Oyunu ingiltərəli hakim Mark Klattenburq idarə edəcək.

Sayca 15-ci qitə çempionatı olan budəfəki yarışın qalibi həm də tarixə düşmüş olacaq. Belə ki, əgər Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da prineylilər Avropa çempionları sırasına daxil olacaqlar. İndiyədək bu titula 9 yığma nail olduğundan baş məşqçi Fernando Santosun yetirmələrinin 10-cu Avropa çempionu olmaq şansı var.

Finalda Fransa millisinin qalib gələcəyi təqdirdə isə onlar rekorda ortaq olacaqlar. Tarixində iki dəfə final oynayan (1984 və 2000-ci illər) fransızlar hər iki halda kuboku başları üzərinə qaldırıblar. Bu final oyununda da eyni hal təkrarlanarsa Didye Deşamın yetirmələri Almaniya və İspaniya milliləri kimi tarixində 3-cü dəfə bu sevinci yaşayacaqlar.

Fransa və Portuqaliya milliləri tarixdə ümumilikdə 25-ci dəfə üz-üzə gələcəklər. Aşkar üstünlüyə malik meydan sahibləri son 10 qarşılaşmanın hamısında qələbə qazanıblar.

Hər iki milli komandanın heyətində zədəli və cəzalı futbolçular yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.