İDMAN
Bu gün futbol üzrə Topaz Premyer Liqasında XIII turun oyunlarına start veriləcək
Bakı, 21 noyabr, AZƏRTAC
Bu gün futbol üzrə Topaz Premyer Liqasında XIII turun oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun ilk günündə iki matç oynanılacaq.
Sumqayıtın eyniadlı komandası doğma azarkeşlər önündə “Qəbələ”ni qəbul edəcək. Matçın start fiti saat 17:00-da səslənəcək. Qonaqlar bu görüşdən 3 xalla ayrılacağı təqdirdə turnir cədvəlinin hazırkı lideri "Qarabağ"la xal fərqini minimuma endirəcək. “Sumqayıt” isə qələbə sayəsində “Xəzər-Lənkəran” və “Neftçi”ni qabaqlaya bilər.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda təşkil olunacaq ikinci oyunda “Qarabağ” komandası “Kəpəz”i qonaq edəcək. Ağdam klubu ilə oyun öncəsi Gəncə təmsilçisinin heyətində xeyli itkiləri var. “Kəpəz”in heyətində Dario Frederiko zədəli, Bəxtiyar Soltanov sarı vərəqə limitini doldurduğu üçün meydanda olmayacaq. Kərim Diniyev zədədən tam sağalmayıb. “Qarabağ”da isə Reynaldo və kapitan Rəşad Sadıqovdan başqa hər şey qaydasında görünür. Günün son qarşılaşması saat 19:30-da start götürəcək.