QAN YADDAŞI
Bu gün hamımız xocalılıyıq
Bakı, 26 fevral, AZƏRTAC
Bu gün yalnız Xocalının deyil, bütün torpaqlarımızın gözü yoldadır.
Bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən şəhər sakini Tahir Talıblı söyləyib.
T.Talıblı deyib: “Bu gün hamımız xocalılıyıq, hamımızın dərdi torpaqlarımızın dərdidir. Xocalı bizim tarixi faciələrimizdən biridir. Ermənilərin xalqımıza qarşı bu düşmənçiliyi yüz illər boyu davam edir. Millətimiz ermənilər tərəfindən saysız işgəncələrə məruz qalıb, çox faciələr görüb. Biz bunlardan dərs almalıyıq. Mən bu problemin həllini yalnız birlikdə görürəm. Azərbaycan xalqı güclü xalqdır və biz öz torpaqlarımızı geri qaytaracağıq”.