İDMAN


Bu gün klublarımız UEFA Avropa Liqasında cavab görüşlərinə çıxacaqlar

Bakı, 7 iyul, Elşad Qəzvini, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 44 qarşılaşma oynanılacaq. Azərbaycan klublarının ikisi səfərdə, biri isə dogma meydanda cavab görüşünə çıxacaq.

“Neftçi” ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi Maltanın “Baltsan” klubunu doğma meydanında qəbul edəcək. 8-ci km qəsəbə stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu baş hakim Yaroslav Kozikin rəhbərliyi altında ukraynalı hakimlər briqadası idarə edəcək.

“Qəbələ” və “Kəpəz” səfər matçına çıxacaqlar. “Qəbələ” Bakıda 5:1 hesabı ilə məğlub etdiyi “Samtredia” ilə Gürcüstanda üz-üzə gələcək. Zestafonidə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

“Kəpəz” isə doğma azarkeşləri önündə qolsuz bərabərə qaldığı “Daçiya” ilə Moldovada münasibətlərinə aydınlıq gətirəcək. Moldovanın Speya şəhərindəki eyniadlı stadionda oynanılacaq görüş Bakı vaxtı ilə 19:00-da baş tutacaq.

Bu oyunlardan başqa, azarkeşlərimiz potensial rəqiblərin görüşlərini də maraqla gözləyirlər. “Neftçi” mərhələ keçərsə, “Şkendiya” – “Krakoviya”, “Qəbələ” isə “Aktobe” – MTK cütünün qalibi ilə görüşəcək. “Kəpəz” səfərdən qalib dönsə, növbəti mərhələdə “Admira” – “Spartak” cütünün güclüsünə rəqib olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.