İQTİSADİYYAT


Bu gün turizm işçilərinin peşə bayramıdır

A+ A

Bakı, 27 sentyabr, Flora Şükürova, AZƏRTAC

Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin kollektivi və turizm sektorunda çalışanlar sentyabrın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunaraq məzarı üzərinə gül dəstələri düzülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə “Turizm işçiləri günü” kimi qeyd olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.