İDMAN


Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında ikinci dövrəyə start verilir

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da qadın voleybolçular arasında Azərbaycan çempionatında ikinci dövrəyə start veriləcək.

AZƏRTAC xəbər verir ki, dördüncü turun ilk günündə bir qarşılaşma keçiriləcək. Dövrənin açılış oyununda “Azəryol” komandası “Telekom” kollektivini qəbul edəcək. Bu komandalar arasındakı ilk oyunda “rabitəçilər” “dəmiryolçular”a 3:1 hesabı ilə qalib gəlmişdilər.

Qarşılaşma “Azerreyl” Voleybol Mərkəzində keçiriləcək.

“Lokomotiv”–“Azərreyl” matçı isə qonaq komandanın Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda iştirakı ilə əlaqədar təxirə salınıb.

İlk dövrədən sonra aktivində 8 xal olan “Telekom” turnir cədvəlinin lideridir. “Azərreyl” 6 xalla ikinci, “Azəryol” 4 xalla üçüncü pillədə qərarlaşıb. “Lokomotiv” üç tur ərzində xal qazana bilməyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.