İQTİSADİYYAT


Bu gündən "Gəncəbank"ın təminatsız kreditorların tələbləri proporsional qaydada ödəniləcək

Bakı, 22 iyun, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin kreditorlarına müraciət edib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, növbəlikdə 7-ci, yəni sonuncu sırada olan təminatsız kreditorların tələblərinin proporsional qaydada (70 min manat ekvivalentində) ödənişi, o cümlədən əvvəlki növbədə olan kreditorların tələblərinin tam ödənişi iyunun 22-dən etibarən həyata keçiriləcək.

Ödənişlər ləğv prosesində olan "Gəncəbank" ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasında və fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinin müştəri xidməti şöbələrində ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.