İQTİSADİYYAT


Bu gündən daha 2503 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satılır VİDEO

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Sentyabrın 1-dən dövlət qeydiyyatına alınmış daha 2503 dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri qüvvəyə minib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla da artıq dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, bütünlükdə qeydiyyatda olan 9850 dərman vasitəsi tənzimlənmiş qiymətlərlə satışdadır.

Beləliklə, 2016-cı il sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.

Dərman vasitələrinin tənzimlənmiş qiymətləri Tarif (qiymət) Şurasının rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.