REGİONLAR


Bu il 10 min hektardan çox yeni fındıq bağları salınıb

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycanda cari ildə 10240 hektar sahədə yeni fındıq bağları salınıb. Bununla belə, daha 40 min hektar ərazidə yeni fındıq bağlarının salınması nəzərdə tutulub.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə Zaqatala, Balakən və Qusar rayonlarında digər rayonlardan daha çox fındıq tingləri əkilib. Ümumilikdə ölkə üzrə 12 rayonda – Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Quba, Oğuz, Şəki, Şabran, İsmayıllı və Yevlax rayonlarında bağların salınması nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə 700 min manat vəsait ayrılıb. Vəsait yeni fındıq bağlarının salınması üçün ting yetişdirən fermerlərə subsidiya kimi veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.