İQTİSADİYYAT


Bu il 143 yaşayış məntəqəsinə təbii qaz verilib

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsinə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədilə cari ilin yanvar-avqust ayları ərzində 7075,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 206,7 kilometr qaz kəməri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsi qazlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.