İQTİSADİYYAT


Bu il 158 yaşayış məntəqəsinə təbii qaz verilib

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında 158 yaşayış məntəqəsinə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədilə cari ilin yanvar-sentyabr ayları ərzində 7214,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 225 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində cari ilin yanvar-sentyabr aylarında 158 yaşayış məntəqəsi qazlaşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.