REGİONLAR


Bu il Astaraya gələn turistlərin sayı 40 faizdən çox artıb

A+ A

Astara, 8 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Bu il Astara rayonuna gələn turistlərin sayında artım müşahidə olunur. Rayon ərazisində inşa edilən park-bulvar kompleksi, dağ kəndlərinə yeni yolların çəkilməsi buna öz təsirini göstərib. Yay turizm mövsümündə rayona gələn turistlərin sayı 40 faizdən çox artıb.

AZƏRTAC xəbər verir ki, ötən il rayona cəmi 1800 turist gəlmişdisə, bu il bu rəqəm 3 mini ötüb. Turistlərin 20 faizini xaricilər təşkil edir. Onların arasında ən çox Rusiya və İrandan gələnlər üstünlük təşkil edir.

Astara rayonu həm dəniz, həm də dağ və meşələrlə əhatələndiyindən turistlərin burada dincəlməsi üçün əlverişli şərait var.

Rayon Turizm İnformasiya Mərkəzinin məsləhətçisi Vüsal Babayev bildirib ki, Astaraya gələn turistlərin böyük əksəriyyəti kənd yerlərində evlərdə qalır. Bu, həm turistlər üçün qiymət baxımından sərfəlidir, həm də onların təbiət qoynunda dincəlməsi üçün əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.