ELM VƏ TƏHSİL


Bu il Azərbaycan Texniki Universitetini 1.880 gənc bitirib

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun günü” keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirblər ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov universiteti bitirən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, cari tədris ilində universitetdə 1.880 məzun olub ki, onlardan 1.568-i bakalavr, 160-ı magistrant, 138 nəfər isə ötən tədris ilindən qalanlardır. Bakalavriat səviyyəsində məzun olanlardan 14-ü xarici ölkə vətəndaşıdır.

X.Yahudov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. O, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Sonra universitetin ictimai həyatında fəal iştirak etmiş məzunlara tələbə həmkarlar və tələbə gənclər təşkilatlarının fəxri fərmanları təqdim olunub.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.