ELM VƏ TƏHSİL


Bu il Azərbaycan Turizm və Menecment  Universitetini 329 gənc bitirib

Bakı, 30 iyun, AZƏRTAC

Bu il Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 329 gənc məzun olub. Belə ki, universitetdə yekun dövlət imtahanı, buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi uğurla başa çatıb.

Bunu AZƏRTAC-a ATMU-nun keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva deyib.

Onun sözlərinə görə, məzunlardan 11 ixtisas üzrə 293-ü bakalavriat, 36-sı isə magistratura pillələrini uğurla başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.