İQTİSADİYYAT


Bu il Azərbaycanda 12,6 milyon ton neft və 6,3 milyard kubmetrədək əmtəəlik qaz hasil edilib

Bakı, 17 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 12 milyon 642 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 9 milyard 245,4 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 6 milyard 284,8 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il ölkədə neft hasilatı 9,5 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalıb. İlin ilk dörd ayında Azərbaycanın mədənçıxarma sənayesində istehsalının ümumi dəyəri 8,9 milyard manat olmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətdə 7,4 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.