İQTİSADİYYAT


Bu il Azərbaycanda 16 milyon tonadək neft və 7,8 milyard kubmetr əmtəəlik qaz hasil edilib

Bakı, 16 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında Azərbaycanda 15 milyon 934 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 11 milyard 710,2 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 7 milyard 822 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il ölkədə neft hasilatı 9,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalıb. İlin ilk beş ayında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 11 milyard manat olmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətdə 6,7 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.