İQTİSADİYYAT


Bu il Azərbaycanda 2,1 milyon ton dizel yanacağı istehsal edilib

Bakı, 15 dekabr, AZƏRTAC 

Cari ilin 11 ayında Azərbaycanda 2 milyon 147,2 min ton dizel yanacağı, 1 milyon 48 min ton avtomobil benzini, 175,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 579 min ton ağ neft, 457,6 min ton yanacaq mazutu, 9,2 min ton sürtgü yağları, 170,2 min ton neft bitumu və 184,9 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-noyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 487,3 milyon manat olmaqla 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz azalıb. Neft məhsullarından sürtgü yağlarının istehsalı 63,1 faiz, dizel yanacağının istehsalı 17,8 faiz, neft koksunun istehsalı 16,8 faiz, avtomobil benzininin istehsalı 6,8 faiz, ağ neftin istehsalı 8,7 faiz azalıb, yanacaq mazutunun və neft bitumunun istehsalı isə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.