İQTİSADİYYAT


Bu il Azərbaycanda 2 milyon tonadək dizel yanacağı istehsal olunub

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC 

Cari ilin ilk on ayında Azərbaycanda 1 milyon 950,1 min ton dizel yanacağı, 944,5 min ton avtomobil benzini, 152,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 526 min ton ağ neft, 445,4 min ton yanacaq mazutu, 9,2 min ton sürtgü yağları, 155,4 min ton neft bitumu və 162,7 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-oktyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 216,5 milyon manat olmaqla 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz azalıb. Neft məhsullarından sürtgü yağlarının istehsalı 52,8 faiz, dizel yanacağının istehsalı 17,5 faiz, neft koksunun istehsalı 15,9 faiz, avtomobil benzininin istehsalı 7,4 faiz, ağ neftin istehsalı 8,3 faiz azalıb, yanacaq mazutunun və neft bitumunun istehsalı isə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.