İQTİSADİYYAT


Bu il Azərbaycanda 31,2 milyon ton neft və 22 milyard kubmetrdən çox qaz hasil edilib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 31 milyon 268,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 22 milyard 51,4 milyon kubmetr təbii qaz hasil olunub. Həmin dövrdə əmtəəlik təbii qazın hasilatı isə 13 milyard 771,2 milyon kubmetr təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, doqquz ayda ölkədə neft hasilatı 0,3 faiz, qaz hasilatı isə 1,6 faiz azalıb. Hesabat dövründə Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 15,1 milyard manat olmaqla 2015-ci ilin müvafiq dövrünə nisbətdə 0,3 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.